Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
DÜNYA AZƏRBAYCANLILARININ LİDERİ

0

  •      


            Zəmanəmizin Böyük Azərbaycanlısı Heydər Əliyev xalqımız üçün böyük bir siyasi məktəb yaratdı. Hazırda bu siyasi məktəbin yüzlərlə gənc məzunları var. Heydər Əliyev siyasətinin yetirmələrindən olan hörmətli Prezidentimiz İlham Əliyevin dediyi kimi bu gün mübarizə aparan və qələbə çalan ulu öndərimizin siyasətidir. Heydər Əliyev bu gündə Azərbaycan dövlətinin qarantı olaraq qalmaqdadır. Neçə-neçə qərinələr ötsə də bu siyasi proses ölkəmizin bütün dünyada tanınmasının əsasını təşkil edəcəkdir. İlham Əliyev isə bütün Azərbaycan xalqının, xüsusən də gənclərin sevimlisinə və onların alovlu ilhamına çevrilmişdir. O, Azərbacanın dünyaya açılan pəncərəsindən ürəklərə süzülən haqqın, ədalətin işığıdır.
            Dünya şöhrətli siyasətçi, müstəqil Azərbaycanın memarı və yaradıcısı, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əlirza oğlu Əliyevin həyatla vidalaşması Dünya Azəpbaycanlılarının, türkdilli xalqların, tərəqqipərvər bəşəriyyətin dərin hüzn və kədəridir. Heydər Əliyevin adı tarixə xilaskar və müdrik dövlət başçısı kimi həkk olunmuşdur. O, nəinki Azərbaycanın, eləcə də türk dünyasının, bəşəriyyətin rifahı naminə tarixi xidmətlər göstərmişdir. Heydər Əliyev "Mənim üçün ən böyük ad xalqıma xidmət etməkdir" - dedi, sözünü əməli işləri ilə təsdiqlədi. "Xalq mənə ümid bəsləyir, mən də bu ümidi doğrultmaq üçün ömrümün qalan hissəsini də xalqıma bağışlayıram və həyatımı qurban verməyə hazram" - deyən möhtərəm Heydər Əliyev öz xalqının qəlbində əbədi heykəl ucaltdı.
            Heydər Əliyev xalqının, Vətəninin fədaisi idi. Bu müqəddəs amala xidmətdən onu heç bir təhlükə çəkindirə bilməzdi.
            Dahi Heydər Əliyev elə bir şəxsiyyət idi ki, bəşər tarixində ən çox liderlərin formalaşdığı XXI əsrdə onu liderlərin lideri kimi tanıyırdılar. Gürcüstanın sabiq prezidenti Eduard Şevarnadze deyirdi ki, XX əsr liderlər əsridir. Əsrin lideri Heydər Əliyevdir.
           Ümummilli liderimiz bəşəri şəxsiyyət idi. O, millətindən, dinindən, irqindən, siyasi mənsübiyyətindən asılı olmayaraq bütün insanlara səadət gətirməyə qadir idi. Ulu öndərin ifadəsi ilə desək: "Heç vaxt fikirləşməyin ki, Vətən sizə nə verib, həmişə öz-özünüzdən soruşun ki, siz Vətən üçün nə etmisiniz?"
           "Heydər Əliyev Konstitusiyası" kimi tarixə düşən əsas qanunumuzun yaradıcısı da ümummilli liderimiz oldu. Bütün hüquqi isahatlar, iqtisadi-sosial və mədəni islahatlar onun rəhbərliyi ilə aparıldı. Beləliklə, hüquqi, demokratik dövlət quruculuğunun bütün prinsipləri quruldu və inkişaf etdirildi.
    YAP Azərbaycanın ictimai-siyasi həyatında mühüm və əsaslı rol oynayır.
           1992-ci il noyabrın 21-də ümummilli lider Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi ilə YAP-ın yaradılması ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə kimi yaşayır. Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə ölkənin siyasi hakimiyyətinə gələn Heydər Əliyev 1993-cü ildə sədri olduğu Yeni Azərbaycan Partiyasını iqtidara gətirdi. Ulu öndərin siyasi təcrübəsi, uzaqgörənliyi və iradəsi nəticəsində respublikamızda siyasi böhrana, vətəndaş müharibəsi təhlükəsinə, separatçılıq meyllərinə, dövlət çevrilişi cəhdlərinə, terror aktlarına son qoyuldu, vətəndaş həmrəyliyi təmin edildi, ölkə daxilində ictimai-siyasi sabitlik bərqərar oldu.
           YAP-m ümummilli liderimizdən sonrakı dövrü Prezidentimiz İlham Əliyev cənablarının fəaliyyəti ilə bağlıdır.
           Minlərlə üzvü birləşdirən  Yeni  Azərbaycan Partiyası nəinki ölkə daxilində, eyni zamanda beynəlxalq aləmdə də ən nüfuzlu siyasi partiya kimi tanınır və fəaliyyət göstərir.
    12 dekabr 2003-cü ildə dünyanı sarsıdan ölüm xəbəri əbədi rəhbərimizi cismən bizdən ayırsa da mənən o yenə də bizimlədir və həmişəlik olaraq ürəyimizdə, taleyimizdə, əməlimizdə, xoşbəxt gələcəyimizdə daim yaşayacaq, tükənməz hörmət, sevgi, məhəbbət, qürur hissi ilə yad ediləcəkdir. Müstəqil dövlətimizin qurucusu olan Heydər Əliyev zirvəsi əlçatmaz zirvə olaraq qalacaqdır. Dahi şəxsiyyət Heydər Əliyevin ağıl və düşüncəsi hesabına üçrəngli müqəddəs bayrağımız başımız üstündə dalğalanır, onun açdığı yolla gedərək bu bayrağı daim uca tutmaqla, uğurlu nailiyyətlər əldə etməklə ümummilli liderimizin ruhunu daim şad edəcəyik.
          Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının dünyamiqyaslı, ümumbəşəri siyasəti Heydər Əliyev ideyalarının davamçısı kimi onun başladığı işləri sona çatdıracaqdır. Azərbaycan xalqı İlham Əliyevə inanır, güvənir və arxalanır.
           Dünya siyasətçilərinin bir çoxlarının fikri yuxarıda dediklərimizi bir daha təsdiq edir.
          ABŞ-ın energetika naziri Sanill Bodman:
          - Prezident İlham Əliyev əsl liderdir və biz onunla birgə işləməkdən məmnunuq.

                                                          Şahmar USUBOV,

    Xocalı rayon İcra Hakimiyyətinin Başçısı.

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi9 il öncə
    İzlənib48 dəfə
    DÜNYA AZƏRBAYCANLILARININ LİDERİ

    Maraqlı gələ bilər
    42